Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"UFC"nin sabiq çempionu Mayk Taysonu döyüşə çağırdı

Tarix: 23 May 2020 17:46

Sabiq "UFC" çempionu Tito Ortis boks üzrə keçmiş dünya çempionu Mayk Taysonu döyüşə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə T.Ortis öz "İnstaqram" səhifəsində paylaşım edib.

Sabiq "UFC" çempionu bildirib: "Əfsanə əfsanəyə qarşı. Biz nə vaxt bunu edəcəyik?". T.Ortis paylaşıma M.Taysonla özünün kollaj edilmiş şəklini əlavə edib.

T.Ortis düyüşün hansı idman növünün qaydaları əsasında keçirilməsini istədiyini qeyd etməyib.

Milli.Az


Etiketlər:  UFCnin sabiq çempionu Mayk Taysonu döyüşə çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ