Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək xəstəliyinə qarşı kök hüceyrə müalicəsi tətbiq olundu

Ürək xəstəliyinə qarşı kök hüceyrə müalicəsi tətbiq olundu

Tarix: 23 May 2020 19:36

Çində bir ürək cərrahı, dünyada ilk dəfə ürək xəstələrinə 'xəbərdar edilmiş pluripotent kök (iPS)' hüceyrələrindən törədilən ürək əzələsi hüceyrələri əlavə etdi. Xəstələrin bir il sonra yaxşılaşdığı ifadə edilən yeniliklə bağlı təfərrüatlar bu il ərzində nəşr olunacaq.

Nature Maqazin jurnalında nəşr olunana görə Çində bir ürək cərrahı, 'yenidən proqramlaşdırılmış' kök hüceyrələrə söykənən ürək xəstəliyi üçün ilk iki təcrübi müalicə reallaşdırdı. Nanjing Drum Tower xəstəxanasında işləyən cərrah Vanq Donqjin, xəstələrin bir il sonra yaxşılaşdığının da vurğulayır.

Xəstələrdən biri, Şərq Çində, Yanqjouda 55 yaşındakı bir elektrikçi olan Xan Dayonq idi. 55 yaşındakı adam, artıq yeriyə biləcəyini, nərdivanları çıxa biləcəyini və gecə ərzində yata biləcəyini ifadə edən nəticədən məmnun olduğunu deyir.

Araşdırma qrupu, iş nəticələrini bu il ərzində nəşr etməyi planlaşdırır. Nanjinq mərkəzli biotexoloji şirkəti HELP Therapeuticsin başçılığını icra edən Vanq Ciaksian, istifadə edilən ürək əzələ hüceyrələrini tədarük gördü. Bu nöqtədə yeni araşdırmada 20 xəstənin daha daxil ediləcəyi deyilir.


Etiketlər:  Ürək xəstəliyinə qarşı kök hüceyrə müalicəsi tətbiq olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ