Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 10:04
Bakı. Trend:
Çin hakimiyyəti son sutka ərzində ölkənin materik hissəsində koronavirus infeksiyası ilə bağlı üç faktı aşkar edib, ölüm hadisəsi qeydə alınmayıb.
Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.
Məlumata əsasən, virusa yoluxan 82 nəfər Çindəki tibbi müəssisələrə yerləşdirilib, onlardan yalnız birində koronavirusun yaratdığı xəstəlik ağır formada keçir.
Xaricdən gələn vətəndaşlarda qeydə alınan koronavirus halları 1 713 nəfər səviyyəsində qalıb. Bildirilir ki, onlardan 1 673 nəfər artıq sağalıb.
Statistikaya əsasən, Çində koronavirusa yoluxanların 94,3 faizi sağalıb. Ümumilikdə ölkədə 82,9 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.