Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 12:08
Avro-2020-nin seçmə mərhələsində sabah İslandiyanın qonağı olacaq Türkiyə yığması Reykyavikə yollanıb.
Qol.az xəbər verir ki, "ay-ulduzlular" hava limanında xoş olmayan sürprizlə üzləşib. Komanda iki saat pasport yoxlanışında gözləyib.
Komandanın kapitanı Burak Yılmaz jurnalislərə açıqlamasında buna etirazını bildirib: "Etikləri hörmətsizlik və tərbiyəsizlikdir. Üç saatdır hava limanında gözləyirik. Hər kəsin çantasını aldılar. Təkrar-təkrar yoxlayırlar. Biz 6,5 saat uçmuşuq, 3 saat da burda gözləyirik".
Türklər İslandiyanın paytaxtında dah bir hörmətsizliklə qarşılaşıb. Yığmanın yarımmüdafiəçisi Əmrə Bəlözoğlu müsahibə verən zaman özünü islandiyalı müxbir kimi təqdim edən şəxs ona mikrofon əvəzinə tualet fırçası uzadıb. Əmrə buna heç bir reaksiya verməyib.
Məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Twitter-də açıqlama verib. "İslandların etdiyi nə diplomatik nə də insani baxımdan qəbul ediləndir. Heç kimin şübhəsi olmasın, lazımi işləri görəcəyik" - deyə o qeyd edib.
Sabah keçiriləcək İslanidya - Türkiyə oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.