Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxdu, 78 nəfər sağaldı, 1 nəfər öldü

Tarix: 26 May 2020 18:21

Bakı. Trend:

Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2819 nəfər müalicə olunaraq sağalmış, 52 nəfər vəfat etmiş, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276.338 test aparılmışdır.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər sağaldı nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ