Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2020 19:50
"Şalke"nin yarımmüdafiəçisi Suat Sərdar ciddi zədə alıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 23 yaşlı oyunçu "Auqsburq"a 0:3 hesabı ilə uduzduqları matçda sıradan çıxıb.
Sol dizindən ciddi zədə alan Türkiyə əsilli alman futbolçunun mövsümü başa vurduğu bildirilir.
Qeyd edək ki, S.Sərdar bu mövsüm "Şalke"nin heyətində 22 oyuna 7 qol vurub, 1 məhsuldar ötürmə edib.