Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

24 yaşlı ingilis futbolçu qəflətən öldü

24 yaşlı ingilis futbolçu qəflətən öldü

Tarix: 27 May 2020 12:04

İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib.

Qol.az 4-cü liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ingilis müdafiəçi 24 yaşında qəflətən vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarında da çıxış edib.

 


Etiketlər:  yaşlı ingilis futbolçu qəflətən öldü


RƏYLƏR