Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2020 16:42
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov SOCAR əməkdaşları üçün təşkil olunan onlayn konfransda "Oruc ibadəti: teoloji, fəlsəfi, psixoloji və sosioloji aspektlərdən" mövzusunda məruzə ilə çıxış edib.
Aİİ-dən Trend-ə bildirilib ki, A.Qafarov oruc ibadətinin dini əsaslarından, bu ibadətin fəlsəfi, psixoloji və sosioloji aspektlərinin əhəmiyyətindən danışıb. O, məruzəsi zamanı dünya fəlsəfəsi və ədəbiyyatı ilə yanaşı, Orta əsr və müasir dövr din fəlsəfəsinin mühüm konsepsiyalarını mövzu çərçivəsində analiz edib.
Məruzə dinləyicilər tərəfindən verilən sualların müzakirəsi ilə başa çatıb.