Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 16:42
Bakı. Trend:
Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi iyunun 12-ə planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə o, özü bildirib.
K.Tokayev deyib: "Əgər Mərkəzi Seçki Komissiyası səslərin sayılmasını yekunlaşdırsa, inauqurasiya mərasimi iyunun 12-ə planlaşdırılır. İyunun 14-də isə Bişkekə Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün yola düşəcəyəm",
Qeyd edək ki, ötən gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.
K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb. O 70,76 faiz seçici səsini qazanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin