Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milan'' ''Zenit''in futbolçusu ilə danışığa başladı

''Milan'' ''Zenit''in futbolçusu ilə danışığa başladı

Tarix: 29 May 2020 13:38

“Zenit”in futbolçusu Sərdar Azmun “Milan”ın maraq dairəsindədir.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın Calciomercato.com saytı məlumat yayıb. "Napoli"nin ardınca "Milan" da 25 yaşlı hücumçunu transfer etmək üçün hərəkətə keçib. “Rassonyerlər”in iranlı forvardın meneceri ilə danışıq apardığı bildirilir.

Rusiya mətbuatı “Zenit”in Azmunu 30 milyon avrodan aşağı satmaq fikrində olmadığını yazıb.

Qeyd edək ki, Sərdar Azmun bu mövsüm "Zenit"in heyətində 21 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
 


Etiketlər:  Milan Zenitin futbolçusu ilə danışığa başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ