Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tarix: 29 May 2020 18:48

Bakı. İlhamə İsabalayeva – Trend:

Yaxın günlərdə qapalı idman müəssisələrinin açılması gözlənilmir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı əlavə edib ki, karantin tədbirlərinin yenidən sərtləşdirilməsi arzuedilən deyil. Amma epidemioloji vəziyyət yenidən bu barədə qərarın qəbul edilməsini zəruri edə bilər.

TƏBİB sədri əlavə edib ki, qapalı idman müəssisələrinin açılması da yaxın günlərdə gözlənilmir: ”Bizi narahat edən məsələlərdən biri “Sədərək” ticarət mərkəzi ilə bağlıdır. Burada xidmət göstərənlər qaydalara ciddi əməl etməlidirlər".


Etiketlər:  Sədərək ticarət mərkəzi ilə bağlı TƏBİB dən AÇIQLAMA


RƏYLƏR