Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib

Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib

Tarix: 30 May 2020 09:36

Dünyanın ən böyük elektriklə işləyən 9 yerlik təyyarəsi cümə axşamı ilk dəfə havaya qalxıb. 

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, təyyarənin mühərriki elektrikli olduğundan uçuş zamanı havaya karbon qazı tullanmayacaq.

Cümə axşamı elektrik mühərriki ilə təchiz edilmiş "Cessna Caravan" ABŞ-da Vaşinqton ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib.

Təyyarə doqquz sərnişin daşımaq gücündədir, lakin ilk sınaq uçuşunu təyyarənin pilotu sərnişinsiz həyata keçirib.

Sınaq uçuşu zamanı təyyarə 183 km/saat sürətlə hərəkət edib.

Təyyarə mühərrikini istehsal edən "MagniX" şirkəti ümid edir ki, bu təyyarə 2021-ci ilin sonuna qədər 160 km-dək məsafələrdə kommersiya uçuşlarına başlaya biləcək.

Böyük təyyarələrin yalnız elektrik enerjisi hesabına uzun məsafələrə uça bilməsi üçün elektrik batareyaların çəkisinin kəskin dərəcədə azaldılmasına nail olmaq gərəkdir. Hidrogen yanacaq elementləri və bioyanacaq da daxil, digər enerji mənbələri də sınaqdan keçirilməkdədir.

2019-cu ilin iyununda digər bir şirkət, Ampair, Kaliforniya üzərində hibrid elektrik-yanacaq mühərriki bir təyyarəni uçuşda sınaqdan keçirib.

UBS investisiya bankının təhlilçilərinə görə, aviasiya sənayesinin 1600 km-dən qısa məsafəyə marşrutlar üçün hibrid və elektrik mühərrikləri təyyarələrə doğru hərəkət etməsi çoxlarının düşündüyündən daha yüksək sürətlə baş verəcək.

"MagniX" tərəfindən istifadə edilən "Cessna Caravan" təyyarəsi dünyada ən çox istifadə edilən orta məsafəli təyyarələrdəndir.

Qeyd edək ki, bu təyyarələrin 2600-dən çoxu dünyanın 100 ölkəsində istismar olunur.


Etiketlər:  Dünyanın böyük elektrik təyyarəsi uçuşunu həyata keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ