Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“190 manat iyunda da verilsin” - Deputat

“190 manat iyunda da verilsin” - Deputat

Tarix: 31 May 2020 12:28

Aidiyyatı qurumlar 190 manatın iyun ayında da verilməsini nəzərə alsın.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, bu məsələnin həllini tapması vacibdir: "Qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır". 

Deputat, həmçinin çıxışında regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif edib.

Qeyd edək ki, koronavirusla bağlı 190 manatlıq birdəfəlik ödənişlər aprel və may ayları üçün nəzərdə tutulub. 


Etiketlər:  manat iyunda verilsin Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ