Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya"dan Bundesliqada yeni rekord

Tarix: 31 May 2020 22:50

Almaniya Bundesliqasının 29-cu turunda "Fortuna" üzərində qələbə (5:0) "Bavariya" üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubu mövsümdə vurduğu qolların sayını 86-ya çatdırıb. Bu, Almaniya çempionatları tarixində yeni rekorddur. Buna qədər heç bir klub 29 tura bu qədər qola imza atmamışdı.

Buna qədər ən yaxşı nəticə isə 1973-1974 mövsümündə məhz "Bavariya"ya məxsus olub. Münhenlilər həmin mövsüm 29 oyuna 84 dəfə rəqib qapılarına yol tapıb.

Milli.Az


Etiketlər:  Bavariyadan Bundesliqada yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ