Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib

Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan ilk preparatı bəyənib

Tarix: 1 Iyun 2020 15:24

Rusiya Birbaşa İnvestisiyalar Fondunun və "XimPar" şirkətinin COVID-19-a qarşı ilk istehsalı olan "Avifair" preparatı Səhiyyə Nazirliyi tərəfindən bəyənilib.

"Preparatın ticarət markası "Avifair" adlanır. Yeni preparatın Beynəlxalq qaydalar üzrə kimyəvi və ya patentləşdirilmiş, yaxud qruplaşdırılmış adı isə "Favipiravir" kimi qeydiyyatdan keçib", - dərman vasitələrinin dövlət reyestrində bildirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Favipiravir" preparatının RF-də satışa çıxarılma müddətinin qısaldılacağını söyləmişdi. Hazırda dərman vasitəsi klinik sınaqdan keçirilir.


Etiketlər:  Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı yerli istehsal olan preparatı bəyənib


RƏYLƏR