Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkinin mərkəzində tutulan ayı volyerdə müşahidə altındadır

Şəkinin mərkəzində tutulan ayı volyerdə müşahidə altındadır

Tarix: 1 Iyun 2020 20:22

Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilib, həkim-mütəxəssislər tərəfindən müayinə olunub, ona ilkin tibbi yardım göstərilib və nəzarətə götürülüb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hazırda ayı volyerdə müşahidə altındadır. Bir müddət mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Nazirliyin sözçüsü qonur ayıya tibbi və digər texniki yardım göstərdiklərinə görə Bakı Zooparkının direktoru Azər Hüseynova, baytar həkim Canpolad Əmirova və zooparkın əməkdaşı Vüqar Həsənova minnətdarlığını bildirib.

Xatırladaq ki, mayın 31-də gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Ayının sağ-salamat Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılması üçün bütün zəruri tədbirlər görülüb.


Etiketlər:  Şəkinin mərkəzində tutulan ayı volyerdə müşahidə altındadır


RƏYLƏR