Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 17:56
Ukraynanın “Karpatı” klubunun 11 futbolçusu koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 11-i əsas komandanın futbolçusu olmaqla, ümumilikdə 26 nəfərin virusa yoluxduğunu bildirib.
Klubun rəsmi saytı "Karpatı"nın 14 günlük karantinə alındığını açıqlayıb.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mayın 31-də keçirilməli olan “Karpatı” – “Mariupol” matçı təxirə salınıb.