Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir

Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir

Tarix: 3 Iyun 2020 00:36

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə 24 yaşlı Adama Traorenin 2016-cı ilin iyununda polislər tərəfindən saxlanılmasından sonra ölümü ilə əlaqədar nümayiş keçirilir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, paytaxt prefekturası tərəfindən kütləvi yığıncaqların qadağa olunmasına baxmayaraq nümayişdə təxminən 19 min nəfər iştirak edir.

Bildirilir ki, Paris məhkəməsi qarşısında keçirilən aksiyanın iştirakçıları əllərində "Zorakılığa yox", "irqçiliyə qarşı", "Adama üçün ədalət" plakatları tutublar.

Paris prokurorluğundan bildiriblər ki, aksiya bir neçə saat sakit keçsədə, daha sonra toqquşmalar və nizamsızlıqlar baş verib. Polislər aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər, lakin nümayişlər davam edir.


Etiketlər:  Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ