Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 11:00
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp etiraz aksiyalarının davam etdiyi Nyu-York şəhərinə qoşunları yeritməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp öz “Twitter” səhifəsində yazıb.
Prezident vurğulayıb ki, Nyu-Yorkda vəziyyət nəzarətdən çıxıb:
“Şəhərin meri və ştatın qubernatoru etirazları dərhal dayandırmalıdır”.
D.Tramp daha sonra ştat rəhbərliyinin federal qoşunları köməyə çağırmasını gözlədiyini yazıb.