Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 12:22
"Neftçi” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla sözləşmə daha 2 il artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”da çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludovun da müqaviləsi yenilənib.