Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şalke'' ''Barselona''nın futbolçusunu geri göndərir

''Şalke'' ''Barselona''nın futbolçusunu geri göndərir

Tarix: 3 Iyun 2020 13:46

"Şalke" "Barselona"dan icarəyə götürdüyü Jan-Kler Todibonun transfer hüququnu almaqdan imtina edib.

Qol.az xəbər verir ki, klubun idman direktoru Yohan Şnayder Almaniya mətbuatına açıqlamasında fransalı müdafiəçini almayacaqlarını deyib. Todibo mövsümün sonunda Kataloniya klubuna qayıdacaq.

Qeyd edək ki, "Şalke" 20 yaşlı futbolçunu yanvarda 1,5 milyon avro qarşılığında icarəyə götürmüşdü. Sözləşmənin şərtlərinə görə, Qelzenkirhen klubu 25 milyon avro ödəyərək Tobinonun transfer hüququna yiyələnə bilərdi.

 


Etiketlər:  Şalke Barselonanın futbolçusunu geri göndərir


RƏYLƏR