Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 16:34
Türkdilli ölkələrin klubları arasında yeni futbol turniri keçirilə bilər.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,Türkiyə Futbol Federasiyasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürkan Teoman yerli mətbuata açıqlamasında belə bir təklifi olduğunu bildirib.
O, klubların "Turan kuboku" adlı turnirdə böyük təcrübə və maddi gəlir qazana biləcəyini qeyd edib. Teoman artıq turnirin yaradılması üçün ilk addımın atıldığını, bununla bağlı heyət formalaşdığını da deyib:
"Bu turnir milli çempionatlara mane olmayacaq. Ölkələr arasında idman turizmi, digər əlaqələr güclənəcək. Turnir klublar arasında əməkdaşlığı gücləndirə və bu da yeni transferləri asanlaşdıra bilər. Eyni zamanda klubların əməkdaşlığı nəticəsində futblçular, texniki və inzibati heyət arasında məlumat mübadiləsi olacaq. Klubların həkimləri də bir-birindən yeni nəsə öyrənə bilər".
Federasiya rəsmisi hesab edir ki, "Turan kuboku" klublara teleyayım və reklam gəlirləri də qazandıracaq.
"Turan kuboku"nda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər bir neçə türkdilli xalqların komandalarının iştirakı planlaşdırılır.