Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:54
Bakı. Samir Əli - Trend:
Maskalarla bağlı vahid qiymət 30 qəpikdir.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, amma idxal olunan maskaların qiyməti fərqlidir: "Tələbat olduğu halda idxalçı şirkətlər də qiyməti qaldırıb. Amma dövlət 30 qəpikdən yuxarı olan qiyməti ödəyir. Maska qıtlığı ola bilməz, kimsə vəziyyətdən sui-istifadə edərsə, onunla bağlı ölçü götürüləcək. Sumqayıtda cənab Prezidentin iştirakı ilə Sumqayıtda 2 zavod açılıb. Gündəlik 500 min maska istehsal edə bilirlər. Bundan başqa 10 milyon maska ehtiyatı var.