Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:58
Maskalarla bağlı vahid qiymət 30 qəpikdir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, idxal olunan maskaların qiyməti isə fərqlidir: "Tələbat olduğu halda idxalçı şirkətlər də qiyməti qaldırıb. Amma dövlət 30 qəpikdən yuxarı olan qiyməti ödəyir. Maska qıtlığı ola bilməz, kimsə vəziyyətdən sui-istifadə edərsə, onunla bağlı ölçü götürüləcək. Sumqayıtda cənab Prezidentin iştirakı ilə 2 zavod açılıb. Gündəlik 500 min maska istehsal edə bilirlər. Bundan başqa 10 milyon maska ehtiyatı var.