Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 22:06
Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru, Rusiya Xalq Sağlamlığı Dərnəyinin prezidenti Andrey Dyomin siqaret çəkənlər və içki içənlərin koronavirus infeksiyası riski altında olduğunu deyib.
Sonxeber.net xəbər verir ki, mütəxəssis alkoqolun qoruyucu rolunun olmadığını qeyd edib:
"Ümumdünya Səhiyyə Təşkilatı bu məsələni araşdırdı və nəticəyə gəldi ki, alkoqol immun sisteminə təsir etməklə yanaşı ağciyərlərə də zərər verir, qaraciyərdə lazımlı maddələrin sintezini pozur. Bunlar isə bədəndəki bütün zərərli maddələri zərərsizləşdirməli olan iki sistemdir".
Mütəxəssis siqaretin COVID-19 ilə yoluxma riskini artırması barədə hesabatı da xatırladıb. O, insan bədəninin müəyyən təhlükəsizlik ehtiyatına sahib olduğunu açıqlayıb və əlavə edib ki, pis vərdişlərə meylli olanlarda bu ehtiyat koronavirusa yoluxmazdan əvvəl də bitə bilər. (publika.az)