Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 17:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Maskalara tələbatın artması ilə bağlı narahatığa səbəb yoxdur.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır: “Hətta xarici ölkələrdən də Azərbaycandan maska alınması ilə bağlı müraciətlər edilib“.