Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 11:30
Lüksemburq "Düdelanj"ının sabiq baş məşqçisi Bertran Krasson komandanın bu mövsüm Avroli Liqasındakı çıxışını xatırladıb.
Qol.az "walfoot.be"yə istinadən xəbər verir ki, o, qrup mərhələsində APEOL-ə ilk oyunda 4:3 hesabı ilə qalib gələrək uğur qazandıqlarını bildirib: "Bununla da avrokubokların qrup mərhələsində ilk qələbə qazanan Lüksemburq klubu olduq. Tarixi böyük cəsarətlə yazdıq. Əla bir an, unudulmaz xatirə idi. Qrup mərhələsini 4 xalla başa vurduq, amma bu rəqəm 6 ola bilərdi. Ancaq "Qarabağ" son dəqiqələrdə hesabı bərabərləşdirdi".
Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gəlmiş, Bakıda 1:1 hesablı bərabərə qalmışdı.