Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksikada polis zorakılığına qarşı etirazlar başladı

Meksikada polis zorakılığına qarşı etirazlar başladı

Tarix: 5 Iyun 2020 14:12

Bakı. Trend:

Meksikanın Qvadalaxara şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiya polis tərəfindən saxlanan 30 yaşlı Covanni Lopesin ölümü ilə əlaqədar başlayıb.

Qeyd olunur ki, həmin şəxs bir müddət əvvəl maska taxmadığı üçün polis tərəfindən saxlanılıb və zorakılığa məruz qalıb. Xəstəxanaya çatdırılan C.Lopes burada vəfat edib.

Qvadalaxarada etiraz aksiyasına mindən çox şəxs qatılıb. Aksiya daha sonra iğtişaşa çevrilib. Nəticədə 27 nəfər saxlanılıb, 4 polis əməkdaşı xəsarət alıb.


Etiketlər:  Meksikada polis zorakılığına qarşı etirazlar başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ