Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 11:02
“Breşiya” Mario Balotelli ilə yolları ayırır.
Qol.az-ın “Repubblica” nəşrinə istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, “Breşiya” prezidenti Massimo Çellinonun belə bir qərar verməsinə 29 yaşlı futbolçunun bir neçə dəfə məşqə gəlməməsi səbəb olub. Balotelli isə heç bir hazırlığı buraxmadığını iddia edir.
Xatırladaq ki, ötən yay “Breşiya”ya keçən Balotellinin klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədər idi.