Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 13:42
İcarə qaydasında Dortmund “Borussiya”sında oynayan Əşrəf Hakimi 2019/20 mövsümünün sonu “Real”a qayıdacaq.
Qol.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. 21 yaşlı futbolçu Madrid təmsilçisi ilə yeni – 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, bu mövsüm mərakeşli oyunçu “Borussiya”da 29 oyun keçirib, 5 qol vurub və 10 qolun ötürməsini edib. Onun “Real”la hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.