Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus fonunda haker hücumları necə dəyişib? - EKSPERT RƏYİ

Koronavirus fonunda haker hücumları necə dəyişib? - EKSPERT RƏYİ

Tarix: 6 Iyun 2020 20:56

"Koronavirus pandemiyası zamanı kibercinayətkarlar ilk hücumlarına müxtəlif elektron poçt ünvanlarına tematik fişinq göndərməklə başladılar".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu əcnəbi mütəxəssis Konstantina Radqin deyib.

Mütəxəssis bildirib ki, ötən ilin sonunda haker hücumları bir qədər azalaraq əsasən, "Qara cümə" və "Kiberbazar ertəsi" günlərində özlərini göstəriblər: "Ən böyük kiberhücumları ictimai bulud sistemləri və turizm sektoru sahələrində müşahidə olunur. Bu dövrdə sənaye sektoruna edilən hücumların sayında isə azalma qeydə alınıb. Lakin sonradan hakerlər sosial hesab "sındırmaq" və fişinq hücumlarını artırıblar. Fevralın əvvəlində media seqmentində haker hücumlarının ilk dalğası başlayıb. Pandemiya qurbanları haqqında məlumatları qəsdən təhrif edən spam hücumlarının sayı artıb. İkinci haker hücumu dalğası müxtəlif ölkələrdə təcrid rejimi dövründə insanların məsafədən işləməyə başladığı zaman müşahidə olunub. Bir çox ölkələrdə koronavirusa görə, tətbiq olunan məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başladıqda, hakerlər fişinq saytları vasitəsilə xəstəliyin bərpası, virusa ikinci dəfə yoluxma və qlobal pandemiyadan sonra dünya mənzərəsi kimi başlıqlarla insanları aldatmağa başlayıblar".

K.Radqin onu da deyib ki, hücumların ikinci dalğası təxminən bir ay davam edəcək: "Bundan sonra hücum lokal hala gələcək və hər bölgədəki siyasi dəyişikliklərdən asılı olacaq. İctimai bulud xidmətləri və mühitlər təhlükə altında qalmağa davam edəcək".


Etiketlər:  Koronavirus fonunda haker hücumları necə dəyişib EKSPERT RƏYİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ