Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

İndoneziyada helikopter qəzasında 4 nəfər ölüb

Tarix: 6 Iyun 2020 21:16

Bakı. Trend:

İndoneziyanın hərbi helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində dörd hərbi qulluqçu həlak olub, beş nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkə ordusu nümayəndəsinə istinadən bildirib.

Məlumata əsasən, hadisə uçuş təlimi zamanı baş verib. Vertolyot düşməyə başlayarkən alovlanıb və sonra partlayıb.

Hadisənin səbəblərini öyrənmək üçün araşdırma aparılır.


Etiketlər:  İndoneziyada helikopter qəzasında nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ