Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanın yeni Prezidenti Tokayevin inauqurasiyası başlayır

Qazaxıstanın yeni Prezidenti Tokayevin inauqurasiyası başlayır

Tarix: 12 Iyun 2019 09:12

Bakı. Trend:

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar seçkilərdə səs çoxluğu ilə ölkə prezidenti postunu qazanmış Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, K.Tokayev artıq Nur-Sultana, inauqurasiya mərasimi baş tutacaq Müstəqillik sarayına gəlib.

Qeyd edək ki, iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd iştirak edib.

K.Tokayevin namizədliyi hakim "Nur Otan" partiyası tərəfindən irəli sürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qazaxıstanın yeni Prezidenti Tokayevin inauqurasiyası başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ