Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 23:10
"Barselona" futbol klubunun kapitanı Lionel Messinin zədə səbəbindən aldığı müalicəsi başa çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, futbolçu iyunun 8-də "Barselona"nın ümumi məşqlərinə qatılacaq.
Bildirilir ki, argentinalının sağ ayağı zədənlənmişdi. Bu səbəbdən L.Messi bir müddət ancaq idman zalında məşq edib, bir qədər əvvəl isə futbolçu meydançada fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, L.Messi altı qat "Qızıl top"un sahibidir. "Barselona"nın heyətində dörd dəfə Çempionlar Liqasının, 10 dəfə İspaniya çempionatının, 6 dəfə İspaniya Kubokunun qalibi olub. 2008-ci ildə Argentina millisi ilə birlikdə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.