Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 10:00
Bakı. Trend:
Şanxayda COVİD-19-u neytrallaşdıran anticismlərdən ibarət yeni dərmanın kliniki sınaqlarının ilk fazası başlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Shanghai Daily" qəzeti xəbər verir.
Məlumata əsasən, JS016 adlı yeni dərman "Shanghai Junshi Biosciences" şirkəti və Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu ilə birgə hazırlanıb.
Bildirilir ki, Çinin Dərmanlara Nəzarət üzrə Dövlət İdarəsi tərəfindən icazə verilmiş kliniki sınaqlar ötən gün Xuaşan xəstəxanasında başlayıb. Dərmanın təhlükəsizliyinin yoxlanılması məqsədilə preparat sağlam könüllülərə qan dövranı sisteminə (venadaxili) yeridilib.
Xuaşan xəstəxanasının həkimi Çjan Tszin bildirib ki, dərmanı qəbul edən 4 nəfər özünü yaxşı hiss edir: "Testlərin aparılmasında plana uyğun şəkildə davam edəcəyik. Nəticələr sonrakı kliniki sınaqlarda yoluxmuş insanlar üçün düzgün miqdarın təyin edilməsində kömək edəcək".
Mikrobioligiya İnstitutunun tədqiqatçısı Lyu Tsinxuanın sözlərinə görə, daha əvvəl keçirilən testlər dərmanın yoluxmanın qarşısının alınmasında və müalicədə istifadə edilə biləcəyini göstərib.