Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək!

Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək!

Tarix: 8 Iyun 2020 12:08

Bakı. Trend:

Ziraat Bank tərəfindən xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edilir.

Trend-in məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, sahibkarlara dəstək məqsədi ilə “Ziraat Bank Azərbaycan” ASC Mərkəzi Bank tərəfindən bildirilən tələblərə uyğun gələn sahibkarlıq subyektlərinin ( Pos Terminal və Elektron Kommersiya partnyorları) ödəniş kartları ilə ödənişlərinin qəbulu zamanı xərclərinin 30 Sentyabr 2020-ci il tarixinə qədər 50 %-dək güzəşt edilməsini qərara almışdır.

Korporativ və pərakəndə bankçılıq sahəsində məhsullar və xidmətlər təklif edən "Ziraat Bank Azərbaycan" ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı mövcuddur və cari il ərzində filialların sayını 2 dəfəyə yaxın artırılması planlaşdırılır. Bank məhsulları və xidmətləri haqqında ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.


Etiketlər:  Ziraat Bank tərəfindən sahibkarlara növbəti dəstək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ