Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 12:10
Azərbaycana "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal yeni paylaşımı ilə gündəmə gəlib.
Sonxeber.net oxu.az-a istinadla xəbər verir ki, sənətçi ölkədə tətbiq edilən iki günlük sərt karantin rejimindən səmərəli istifadə edib.
Belə ki, şou-biznesin məşhur xanım müğənnisi evdə idmanla məşğul olub. Nigarın idman məşqi ilə yanaşı, məharətlə akrobatik hərəkətlər etməsi isə diqqətdən qaçmayıb.
Nigar Camal həmin anların əks olunduğu görüntüləri sosial media hesabında paylaşıb:
"İki gün belə keçdi. Kitablar, kinolar, idman, pəhriz.... Yaşından asılı olmayaraq, qadınlar hər zaman baxımlı olmalıdır. Bəs siz nə edirsiniz?"
Müğənninin bu görüntüləri sosial media əhli tərəfindən maraq və heyrətlə qarşılanıb.