Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 15:52
Bakı. Trend:
Ermənistanda ölkə polisinin rəisi Arman Sarkisyan da istefa verib.
Trend erməni KİV-lərinə istinadən məlumat verir ki, baş nazir Nikol Paşinyan onun istefasını qəbul edib.
Xatırladaq ki, bu gün, həmçinin ölkənin Baş Qərargah rəisi Artak Davtyan və Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan da istefa vermişdi.
N.Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Məlumata əsasən, Onik Qasparyan Baş Qərargah rəisi, Argişti Kəramyan Milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin edilib.