Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BP 10 min əməkdaşını ixtisar edəcək

BP 10 min əməkdaşını ixtisar edəcək

Tarix: 8 Iyun 2020 18:28

Bakı. Trend:

Böyük Britaniyanın BP neft şirkəti koronavirus pandemiyasının iqtisadi fəsadları və bərpa olunan enerji mənbələri ilə işə mərhələli keçidilə əlaqədar olaraq bütün dünyada 10 min əməkdaşı ixtisar edəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin icraçı direktoru Bernard Luninin əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunur ki, ümumilikdə şirkətin əməkdaşlarının 15 faizi ixtisara düşəcək. Onların böyük əksəriyyəti bu il ərzində işdən azad ediləcək.

BP korporasiyasının dünyada 70 minə yaxın əməkdaşı var. İxtisar əsasən ofis işçilərinə şamil olunacaq, hasilat prosesində çalışanlar iş yerlərini itirməyəcəklər.


Etiketlər:  əməkdaşını ixtisar edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ