Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymarın anası ilə keçmiş sevgilisi arasında skandal, polis qarışdı

Neymarın anası ilə keçmiş sevgilisi arasında skandal, polis qarışdı

Tarix: 8 Iyun 2020 18:40

Braziliya millisinin və PSJ klubunun futbolçusu Neymarın anası Nadin Qonsalveslə keçmiş sevgilisi Tyaqo Ramos arasında xoşagəlməz hadisə yaşanıb.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, cənubi amerikalı ulduzun anası kiberidmançı ilə sevgili olduqlarını bəyan etdikdən qısa müddət sonra Tyaqonun əvvəllər bir neçə kişi ilə görüşdüyünü bilib malikanəsindən qovmuşdu. Ayrıldıqdan sonra cütlük arasında yenidən mübahisə yaşanıb.

"4k Easy" klubunun heyətində "Free Fire" mobil qurğular üçün kral döyüşlərində iştirak edən Tyaqo hadisədən bir qədər sonra qolunda kəsiklərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun qoluna 12 tikiş qoyublar.

Daha sonra cütlük ifadə vermək üçün polis bölməsinə çağırılıb. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.

Milli.Az


Etiketlər:  Neymarın anası ilə keçmiş sevgilisi arasında skandal polis qarışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ