Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 19:36
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) ən bahalı futbolçularının reytinqini dərc edib.
Qol.az xəbər verir ki, futbolçuların qiyməti CİES-in şəxsi metodikası üzrə qiymətləndirilib. Siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edib. Onun qiyməti 259,2 milyon avro göstərilib.
"Mançester Siti"dən Rahim Sterlinq (194,7 milyon avro) ikinci "Borussiya"dan (Dortmund) Ceydon Sanço (179,1 milyon) üçüncü olub.
Dünyanın ən yaxşılarından Lionel Messi ("Barselona") 100,1 milyon avro ilə 21-ci, Kriştiano Ronaldo ("Yuventus") 62,8 milyon avro ilə 70-ci olub.
CİES-in versiyasına görə, dünyanın ən bahalı 10 futbolçusu
1. Kilian Mbappe (PSJ) – 259,2 milyon avro
2. Rahim Sterlinq ("Mançester Siti") – 194,7 milyon
3. Ceydon Sanço ("Borussiya" Dortmund) – 179,1 milyon
4. Trent Aleksander-Arnold ("Liverpul") – 171,1 milyon
5. Markus Reşford ("Mançester Yunayted") – 152,3 milyon
6. Məhəmməd Salah ("Liverpul") – 144,9 milyon
7. Sadyo Mane ("Liverpul") – 139,2 milyon
8. Antuan Qrizmann ("Barselona") – 136,4 milyon
9. Alfonso Devis ("Bavariya") – 133,5 milyon
10. Harri Keyn ("Tottenhem") – 118,7 milyon