Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 21:42
"Hoffenhaym"ın yetirməsi Kerim Çalhanoğlu "Şalke"yə transfer olunub.
Qol.az xəbər verir ki, bu barədə 17 yaşlı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında məlumat verib. Almaniya mətbuatı türk oyunçu ilə 4 illik müqavilə imzalandığını yazıb.
Qeyd edək ki, K.Çalhanoğlu Türkiyə millisinin və "Milan"ın futbolçusu Hakan Çalhanoğlunun əmisi oğludur.
Xatırladaq ki, K.Çalhanoğlu bu mövsüm Bundesliqa U-19 liqasında 18 matçda 2 qol vurub, 4 qolun ötürməsini verib.