Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da 4 avqusta qədər koronavirusdan ölənlərin sayı 145 mini keçə bilər

ABŞ-da 4 avqusta qədər koronavirusdan ölənlərin sayı 145 mini keçə bilər

Tarix: 9 Iyun 2020 06:04

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirus infeksiyasından ölənlərin sayı 4 avqusta qədər 145 mindən çox ola bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu proqnoz Vaşington Universitetinin Ölçü və Təhlil Sistemləri İnstitutu tərəfindən açıqlanıb.

Mütəxəssislər tərəfindən tərtib edilmiş model göstərir ki, göstərilən müddətdə ölkədə koronavirusdan 145 728 nəfər ölə bilər.

Bir neçə gün əvvəl institut 4 avqust tarixinə yaxın ölkədə dünyasını dəyişənlərinin sayının 5 mindən az olacağını təxmin edib. Lakin Texasda və bir sıra digər ştatlarda yoluxmuş insanların sayının sürətlə artması fonunda proqnoz göstəriciləri yenidən artmağa doğru dəyişilib. Artıma səbəb həmçinin ölkənin, demək olar ki, bütün ştatlarında hakimiyyətin pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlərin tədricən yumşaldılmasıdır.

Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 1,95 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 110 mindən çox insan bu virusun törətdiyi xəstəliklərdən həyatını itirib.


Etiketlər:  ABŞ avqusta qədər koronavirusdan ölənlərin sayı mini keçə bilər


RƏYLƏR