Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DİQQƏT! Bu yolda rəngləmə işləri aparılır

DİQQƏT! Bu yolda rəngləmə işləri aparılır

Tarix: 12 Iyun 2019 11:30

Bakı. Trend:

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məqsəd Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Analoji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Etiketlər:  DİQQƏT Bu yolda rəngləmə işləri aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ