Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

Tarix: 9 Iyun 2020 08:24

"AppStore" internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. "Avast" şirkətinin mütəxəssislərinin məlumatına görə, keyfiyyətsiz işləyən bu ödənişli proqramlar üçün abunənin qiyməti çox yüksəkdir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu mobil tətbiqlər arasında "Buckler VPN", "Hat VPN" və "Beetle VPN" var. Quraşdırmadan sonra istifadəçi sözügedən mobil tətbiqlərə 3 günlük ödənişsiz giriş əldə edir. Sınaq müddəti bitdikdən sonra istifadəçinin hesabından həftəlik 10 dollar çıxarılır. Materialda qeyd edilir ki, əslində bu cür abunələrin qiyməti daha ucuzdur.

Mütəxəssislər "iPhone" istifadəçilərinə mobil tətbiqlər üçün abunə qiymətlərinə diqqət yetirməyi və hesablarından nə qədər pulun çıxarıldığını izləməyi tövsiyə ediblər.


Etiketlər:  iPhone üçün fırıldaqçı proqramlar aşkar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ