Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TBMM-in vitse-spikeri: Azərbaycanın inkişafı bizi çox sevindirir

TBMM-in vitse-spikeri: Azərbaycanın inkişafı bizi çox sevindirir

Tarix: 12 Iyun 2019 12:21

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

TBMM-nin vitse-spikeri qeyd edib ki, heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz: "Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamofobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək".

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır".


Etiketlər:  TBMM in vitse spikeri Azərbaycanın inkişafı bizi çox sevindirir

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ