Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çirkinəm, estetik etdirmişəm, sizin işinizə qalmayıb'' - Günel əsəbiləşdi

''Çirkinəm, estetik etdirmişəm, sizin işinizə qalmayıb'' - Günel əsəbiləşdi

Tarix: 9 Iyun 2020 17:50

Müğənni Günel Zeynalovanı ünvanına sosial şəbəkədə yeni görünüşü ilə bağlı yazılan tənqidlər özündən çıxarıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bunla bağlı açıqlama yayıb. Günel bildirib ki, artıq bütün paylaşımlarında şərh bölümünü bağlayacaq və insanların ona irad yazmasına imkan verməyəcək:

"Şəkil paylaşanda yazdığınız bütün şərhləri bağlayıram. Köhnə gözəllik, nə bilim nə. Adı üstündədir, köhnə. Şərhləriniz balqabaq dadı verir. Xoşum gəlmir bundan. Mən razıyam, alan razı, satan razı. Bəsdir, lazımi qədər yazdınız. İnsan nə və necə istəyirsə, o olur. əvvəl demişdim ki, arıqlamışam, maykl Ceksona oxşayıram. Yenə də eləyəm. Belə xoşbəxtəm.

Səsimlə bağlı şərh yazın. Dəyişikliyim kiminsə işinə qalmayıb. Hamı güzgüyə baxsın. Yazan hər kəsi şikayət edəcəm. Bədbəxtliyinizi soruşmuram. Hər kəs öz həyatına baxsın. Artıq bəsdirin. Səslə, mahnı ilə bağlı yazın. Gözəl mahnılar, musiqisiz, canlı oxuyuram. Allah mənə istedad, səs verib. Bunu sizlərə ən doğru şəkildə təqdim edirəm. Amma görürəm ki, sizin işiniz estetik əməliyyatdır. Bəli, estetikəm. Başqa? Sevən yanımda olsun, sevməyən izləməsin.

Saçını niyə rənglədin, sarı etdin, köhnə halın... Bəsdirin, köhnə yoxdur, yeni mən varam. Sizləri qınayıram. Üç ay evdə oturdular, insanların beyni düzəlmədi, ancaq pislik düşünürlər. Etməyin, yazmayın, gedin işinizlə məşğul olun.

Mahnımı puç edib, altına "nə gündəsən, nə etmisən, səni tanıya bilmədim" yazanları görmək istəmirəm. Şərhi bağlayacam. Tənqid edə bilməyəcəksiniz, imkan verməyəcəm. Biri yazıb göz əməliyyatı səni dəyişib. Cahilsən? O, necə olur? Əsəbi də deyiləm, sakitəm. Sadəcə, yoruldum. Bundan sonra belə, yazsanız, siləcəm. Çirkinləşmisən. Çirkinəm, kimə nə? Məni sevən belə sevir. Sevmirsənsə, sevmə. Hər kəs öz həyatına baxsın, görsün nə edib. Sizin işiniz-gücünüz yoxdur. Ona görə də yazırsınız. Özümə söz verdim heç kimin şərhini qəbul etməyəcəm. Qoymayacam orda bir şey yazasınız. Ümid edirəm ağıllanarsınız".

Günel türkiyəli ifaçı İbrahim Tatlısəslə əlaqələrinin olub-olmadığı ilə bağlı sualları da cavablandırıb:

"Amma mahnı oxumaqdan əl çəkməyəcəm. Niyə də oxumayım? Səsi olmayanlar at oynadır. Məni sevənlər 1998-ci ildən bəri sevirlər. Siz məni qarşılıqsız sevirsiniz. Əlbəttə, yaxşılığım üçün nələrsə yazırsınız. Dost acını deyər deyirlər. Amma dost acını şirin söylər. Çox aldadıldım, amma dəyişmədim.

İbrahim Tatlısəs mənim mənəvi atamdır. O gün mənə bir foto atıb ki, dəyişmisən. Zəng etdim ki, bax gör dəyişmişəm? Deyir, yox. Çörəyi dizində deyiləm, bizə verilən dəyəri unutmaram. Məni kəşf etdi, səsimə inandı və Türkiyəyə tanıtdı. Ona çox istəyirəm və danışırıq da".


Etiketlər:  Çirkinəm estetik etdirmişəm sizin işinizə qalmayıb Günel əsəbiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ