Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 12:30
Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışında iştirak etdi. Açılışda əsas vurğuladığı məsələ vətəndaşların məsuliyyətinin artırılması və COVİD-19 ilə mübarizədə maska taxmağın önəminə diqqəti çəkdi.
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov dünən Prezident İlham Əliyevin üç modul tipli xəstəxananın açılışındakı "Qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin" fikirlərini şərh edərkən deyib.
O, Prezidentin qapalı məkanlarda maskadan istifadəsini vətəndaşlarımız üçün örnək adlandırıb:
"Son günlər, təəssüflər olsun ki, Azərbaycanda koronavirusa yoluxmaların sayı artır. Buna görə də ötən həftə sonu sərtləşdirilmiş xüsusi karantin rejiminə keçildi və bir sıra məhdudiyyətlər tətbiq olundu. Eyni məhdudiyyətlər bu həftə sonunda da iki gün ərzində tətbiq olunacaq. Bunu nəzərə alan cənab Prezident vətəndaşlara müraciət edərək bildirdi ki, maskalardan istifadə etmək çox önəmlidir, sosial məsafənin qorunması əhəmiyyətlidir. Prezident özü də qapalı məkanlarda olanda maskadan istifadə edir. Bu, vətəndaşlarımız üçün bir örnəkdir".
Politoloq koronavirusla mübarizədə insanların vətəndaş məsuliyyətini dərk etməsini əsas vacib şərt hesab edib:
"Digər tərəfdən, vətəndaşlar özləri də bu məsələyə çox məsuliyyətlə yanaşmalıdırlar və bu xəstəliyin daha da gemiş vüsət almaması üçün vətəndaşların üzərinə böyük yük düşür. Hər bir vətəndaş üzərində bu sosial məsuliyyəti dərk etməlidir və özünü də, yaxınlarını da, ətrafında olan insanları da qorumalıdır. Bu nöqteyi nəzərdən Prezidentin bu müraciəti xüsusilə əhəmiyyət daşıyır. Dövlət üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Vətəndaşların təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bir sıra tədbirlər həyata keçirilir. Burada həm siyasi, həm iqtisadi, həm də sosial məsələlər prioritet təşkil edir. Vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün modul tipli xəstəxanaların açılışı da buna bariz nümunədir. Dövlət gələcəkdə də hər hansısa bir problemlər ilə qarşılaşarsa, bunun da öhdəsindən gəlməyə qadirdir. Lakin bütün bu məsələlər birbaşa olaraq vətəndaşların özlərindən asılıdır. Vətəndaşların məsuliyyətli olması bu məsələdə əsas vacib şərtdir".
Təhməz Təkin