Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldo və Dibalanı birlikdə oynatmaq asan deyil'' - Sarri

''Ronaldo və Dibalanı birlikdə oynatmaq asan deyil'' - Sarri

Tarix: 11 Iyun 2020 15:02

"Yuventus"un baş məşqçisi Maurissio Sarri komandanın hücumçuları Kriştiano Ronaldo və Paulo Dibalanı birgə oynatmağın çətinliyindən danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Dibala fenomenal oyunçudur. Yeganə çətinlik onun və Ronaldo kimi iki yaxşı oyunçunun birlikdə oynatmağın asan olmamasıdır. Ancaq onlar həmişə vəziyyəti dəyişdirə bilirlər. Onlardan eyni anda istifadə etmək taktiki baxımdan  asan deyil. Buna baxmayaraq, komandada belə keyfiyyətlərə sahib iki oyunçu olduqda, qalan futbolçular həm hücumda, həm də müdafiədə oynayarkən buna uyğunlaşmalıdırlar".

Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 21, Dibala isə 7 qol vurub.

 


Etiketlər:  Ronaldo Dibalanı birlikdə oynatmaq asan deyil Sarri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ