Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb

Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb

Tarix: 11 Iyun 2020 16:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi zamanı zəruri qaydaları açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, heyvan baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır.

Kəsimə aparılan heyvan düzgün daşınmalı, baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməlidir. Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalıdır. Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməlidir.

Bununla yanaşı, kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli, əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı, saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı, ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalıdır.

Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.


Etiketlər:  Heyvan kəsimi üçün zəruri qaydalar açıqlanıb


RƏYLƏR